16 oktyabr 2023 09:44
214

Qəzzanın cənubunda müvəqqəti atəşkəs elan olunub

Qəzza zolağının cənubunda müvəqqəti atəşkəs elan olunub.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, atəşkəs 5 saat davam edəcək.

Məqsəd əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırmaqdır.