Bu gün Prezident İlham Əliyevin Füzuli şəhərində yerli sakinlərlə görüşü zamanı duyğulu anlar yaşanıb.
“İki sahil” xəbər verir ki, Prezident şəhid ailələri ilə görüşdə kövrəlib. O, şəhidlərin qəhrəmanlığını xatırladıb, ailələrin övladlarını vətənpərvərlik ruhunda böyütməsinin vacibliyinə diqqət çəkib: "Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük".
Qeyd edək ki, dövlət başçısının görüşdüyü şəhid ailələri arasında 19-20 sentyabr antiterror tədbirləri zamanı şəhid olan Ülvi Mikayılovun anası Günel Abbasova da olub.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib