SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismar İdarəsinin (RQİİ) rəhbərliyinin Şəmkir rayonunun Bayramlı kəndində keçirdiyi aksiyada abonentlərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib, müraciətləri qeydə alınıb.
“İki sahil” xəbər verir ki, sonra aksiyada səsləndirilən problemlərin həllinə dair məsul şəxslərə tapşırıqlar verilib.
Eyni zamanda, Şəmkir RQİİ-nin məsul şəxsləri ünvanlanan bir neçə müraciətin yerində araşdırılacağını bildiriblər.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb