Niderlandın Nümayəndələr Palatası hökuməti Ermənistanın Avropa İttifaqından hərbi dəstək üçün istənilən müraciətinə müsbət yanaşmağa çağıran təklifə səs verib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev bildirib.
“Dünən (17 oktyabr) Nümayəndələr Palatası Niderland hökumətini Ermənistanın Aİ-dən hərbi dəstək üçün istənilən müraciətinə müsbət yanaşmağa çağıran təklifə səs verdi. Bu, qeyri-konstruktivdir, Azərbaycan və Ermənistan arasında sülhə, barışığa deyil, regionumuzun hərbiləşdirilməsinə gətirib çıxarır. Niderlandın Ermənistanın davamlı destruktiv mövqeyini gücləndirmək əvəzinə, onu nəhayət, regionumuzda dinc birgə yaşayışın qurulması səylərində xoş niyyətlə iştirak etməyə və diqqətini Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların yekunlaşmasına yönəltməyə təşviq etməsi vacibdir”, - azərbaycanlı diplomat qeyd edib.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib