"Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, separatçılığa, “boz” zonaya son qoyması fransız səfiri yaman mütəəssir edib. Amma fransız səfir açıq-aşkar ünvanları səhv salır".
“İki sahil” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Fransanın Ermənistandakı səfirinin böhtançı açıqlaması ilə əlaqədar açıqlamasında yer alıb.
Bildirilib ki, işğalçı ölkə vaxtilə dünyanın 40-dan çox ölkəsini işğal etmiş, indi də müxtəlif dənizaşırı əraziləri müstəmləkə asılılığında saxlayan, daim işğalçı müharibələr aparmış Napoleonun 200 illiyini böyük təmtaraqla qeyd edən Fransadır.
Səfirin və Avropa İttifaqının Ermənistandakı missiyasının baş çəkdiyi ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və Ermənistanın deportasiya etdiyi torpaqlardır. Lakin fransız səfir Azərbaycana və azərbaycanlılara nifrətinə, səlibçi mentalitetinə görə heç vaxt bu kimi məqamlara toxunmayacaq.
"Əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini 21-ci əsrdə Paris muzeylərində saxlayan riyakarların ittihamlarını qətiyyətlə rədd edirik", - deyə açıqlamada qeyd olunub.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib