18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Çikaqo şəhərinin mərkəzində Azərbaycan bayrağı ucaldılıb.
“İki sahil” xəbər verir ki, mərasim Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Çikaqoda yaşayan həmvətənlərimizin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə Türkiyənin Çikaqodakı baş konsulu Engin Türesində iştirak edib.
ACMA-nın prezidenti Fərid Məmmədov açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.
Qeyd edək ki, dövlət bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – "The Daley Center"də dalğalanacaq.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib