Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində “İlham Əliyev – 20 il. Vergi sistemində şəffaflığa doğru” adlı tədbir keçirilib
“İki sahil” xəbər verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, Prezident İ.Əliyevin 20 illik fəaliyyəti dövründə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir güclü ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Nəzərə çatdırılıb ki, dövlət başçısı tərəfindən iqtisadiyyatda şəffaflığın təmin edilməsi prioritet vəzifə olaraq müəyyən edilib. Son illər “kölgə iqtisadiyyatının” miqyasının azaldılması üçün dövlətimiz tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən digər natiqlər əsasını Ulu Öndərin qoyduğu milli vergi sisteminin keçdiyi əsaslı modernizasiya prosesi, maddi-texniki bazasının gücləndirilməsi, vergi inzibatçılığının yenidən qurulması, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının əldə etdiyi yüksək naliyyətlərdən bəhs ediblər.
Sonda dövlət başçısının 20 illik fəaliyyətinə həsr edilmiş video çarx təqdim olunub.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib