Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) stendi XXVIII Beynəlxalq “Türkmənistanın Neft və Qazı - 2023” (OGT-2023) konfrans və sərgisində yüksək qiymətləndirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Aşqabadda “Türkmənistanın Neft və Qazı-2023” Beynəlxalq konfrans və sərgisi start götürüb. Tədbirdə SOCAR-ın “Yeni üfüqlər” adlı stendi yüksək qiymətləndirilib. SOCAR-ın prezidenti Rövşən Nəcəf qlobal enerjinin gələcəyinə həsr olunmuş plenar iclasda çıxış edib”, - səfir paylaşımında qeyd edib.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib