28 oktyabr 2023 21:49
552

Sumqayıtda zavodda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıtda köhnə düymə zavodunda baş verən yanğın söndürülüb.

“İki sahil” xəbər verir ki, yanğın zavodun ümumi sahəsi 30 kvadratmetr olan geyim otağında baş verib. Çağırışa cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri artıq yanğını söndürüblər.

Yanğın zamanı bir əməkdaş yüngül zəhərlənib, ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

20:38

 

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış yerinə cəlb olunublar.

AZƏRTAC xəbər verir ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.

“İki sahil” xəbər verir ki, yanğın zamanı bir nəfər huşunu itirib, ona ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.