“Qlobal idarəetmə sistemi dəyişilməlidir”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz oktyabrın 30-da Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bu istiqamətdə səylərini davam etdirir: “Hazırda dünyada baş verən hadisələr, o cümlədən toqquşmalar da göstərir ki, hazırkı beynəlxalq sistem bizim üçün arzuolunan deyil. Reformlara ehtiyac var”.
C.Yılmaz, həmçinin BMT-ni tənqid edib: “Biz dəyişiklik uğrunda səylərimizi davam etdirəcəyik. Balkanlarda, Qafqazda və digər regionlardakı dövlətlərlə birlikdə inkişaf etməyə davam edəcəyik”.