Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri şurasının 9-cu toplantısı keçirilir.
“İki sahil” xəbər verir ki, toplantı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.
Əvvəlcə toplantı münasibətilə Şuşada olan qonaqlar və media mənsubları üçün Şuşa şəhərində gəzinti təşkil olunub.
Ardından toplantının əsas hissəsi başlayıb. Toplantıda TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri, mütəxəssisləri, səhnə xadimləri iştirak edir. Onlar qardaş ölkələrdə teatr sahəsinin inkişaf məsələlərini müzakirə edirlər.
Qeyd edək ki, sabah Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq.
Festival noyabrın 4-dək davam edəcək.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?