Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordon ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə BVF arasındakı səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində tərəfdaşlarla birgə atılan addımlar, SOCAR-ın strateji hədəfləri, yeni Əməliyyat Modeli barədə məlumat verilib.
Görüşdə enerji keçidi, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb