Azərbaycan və Türkiyənin Çexiyadakı səfirliklərinin nümayəndələri Zəfər Gününü Praqada birgə qeyd ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Çexiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyənin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış həmkarı Adiş Məmmədovun dəvəti ilə ölkəmizin Praqadakı səfirliyinə gedib.
Qeyd olunub ki, səfirlər “İki dövlət, tək millət” şüarı ilə soydaşlarımızla birgə Azərbaycanın böyük qələbəsini qeyd ediblər.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir