Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin diplomatik missiyası sosial şəbəkədə paylaşım edib.
“9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik. Daim yüksəklərdə ol, böyük zəfərin ucalmış şanlı Bayrağı!”, – paylaşımda qeyd olunub.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir