Azərbaycan Çinin Şanxay şəhərindəki Şərqi Çin Pedaqoji Universitetində keçirilmiş beynəlxalq mədəniyyət festivalında təmsil olunub.
“İki sahil” xəbər verir ki, ali təhsil ocağındakı ənənəvi beynəlxalq mədəniyyət festivalının silsilə tədbirləri çərçivəsində universitetin fəxri qonağı qismində dəvət olunan məzunu, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin elmi seminarı keçirilib. Azərbaycan və Çin arasında dil və tərcümə mübadiləsinə həsr olunan seminardan sonra Aqşin Əliyevə Çin Dövlət Dil Komissiyasının tədqiqat mərkəzlərindən olan Şərqi Çin Pedaqoji Universiteti Qlobal Çin Dili İnkişaf Mərkəzinin tədqiqatçısı seçilməsi haqqında diplom təqdim edilib.
Festivalın ikinci günü 70-dən çox ölkənin iştirak etdiyi mini ekspoda universitetdə təhsil alan azərbaycanlı tələbələrin milli stendində milli mətbəximizin nümunələri təqdim edilib, mədəniyyətimizi əks etdirən kitablar və broşürlər nümayiş olunub. Bundan başqa, tələbələrimizin ifasında milli rəqs nümunələrimiz də festival iştirakçılarının marağına səbəb olub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?