"Əminəm ki, tezliklə Qarabağ çox inkişaf edən diyara çevriləcək".
“İki sahil” xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Daşkənddə görüşündə deyib.
"Siz Xankəndidə Bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük. Güclü Azərbaycan artıq irəliyə doğru addımlayacaq və Azərbaycan xalqının, Azərbaycanın dostlarının, o cümlədən özbək xalqının, Özbəkistanın və Özbəkistan rəhbərliyinin də uzun illər gözlədiyi uğurlara nail olacaq", - Ş.Mirziyoyev bildirib.
Özbəkistan lideri qeyd edib: "Qarabağ gələcəkdə Azərbaycanda çiçəklənən torpaq olacaq, çünki Siz çox işlər görürsünüz. Mən Şuşada və Füzulidə həyata keçirilən bütün işləri öz gözləri ilə görmüş insanam. Çox şadam ki, orada olmuşam. Mən də onların nələr etdiklərini, özlərindən sonra nələr qoyub getdiklərini və Sizin səyləriniz sayəsində görülən işləri danışacağam. Yaxın ölkə olaraq, daha böyük uğurlar diləyirəm. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik".
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib