Şəhid Şahin Hümbətovun anası Sabirabad rayonunun Minbaşı kənd sakini Nargilə Hümbətova fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət edib.
“İki sahil” xəbər verir ki, müraciətlə bağlı “Azəriqaz”ın Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları əraziyə cəlb olunub və fərdi yaşayış evi mavi yanacaqla təmin edilib.
Şəhid anası göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hümbətov Kəlbəcər, Cəbrayıl, Füzuli Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak edib. O, oktyabrın 26-da Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb