ABŞ-da yaşayan azərbaycanlı reper Orxan Zeynallı 8 Noyabr - Zəfər Günü ərəfəsində Budapeştdə konsert proqramı ilə çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, Azərbaycanın hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə yaxın həmyerlimizi bir araya toplayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun da yardımı ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı, Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya, İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda, Azərbaycandan da həmvətənlərimiz qatılıblar.
Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.
Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə reperin digər ölkələrdə də konsertlərinin keçirilməsi planlaşdırılır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?