Bu günlərdə, Fransanın təsisçisi olduğu Frankofoniya təşkilatının nazirlər görüşü Kamerunda öz işini yekunlaşdırdı.
“İki sahil” xəbər verir ki, ölkəmizin sentyabr ayında həyata keçirdiyi anti-terror tədbirlərindən sonra bütün beynəlxalq platformalarda Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Fransa və Ermənistan təşkilatın bu iclasında da bəzi ilkin cəhdlər etsələr də, onların bu səyləri heç bir nəticə vermədi.
Kamerunda Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatının Frankofoniya daxilində qrupunun təsis edilməsi, bu ölkələrin Azərbaycana göstərdiyi dost münasibət Ermənistanın bu səylərinin uğursuz olacağını əvvəlcədən deməyə əsas verdi.
Bununla yanaşı, ötən ilin noyabr ayında Frankofoniya təşkilatının Tunisdəki sammitində, Azərbaycan üzv olmadığı bir təşkilatda Fransa və Ermənistanın bütün səylərinə baxmayaraq irəli sürülmüş qətnamədə Azərbaycan əleyhinə bəndlərin əksəriyyətinin rədd edilməsi və qətnamə üzrə səylərin istənilən nəticə verməməsi Fransa və Ermənistanı Kamerunda bu kimi cəhdlərdən əl çəkməyə məcbur etdi.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib