ABŞ-da azərbaycanlı tələbələrin təsis etdiyi “Azərbaycan-Amerika Gənclər Assosiasiyası”nın təşkilatçılığı ilə Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüşü keçirilib.
“İki sahil” xəbər verir ki, həmvətənlərimiz Azərbaycan bayraqlarına bürünmüş avtomobillərlə şəhərin rəngarəng işıqlı mərkəzi meydan və prospektlərində hərəkət ediblər.
Avtomobil karvanının iştirakçıları şəhərin müxtəlif yerlərində dayanaraq “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.
Yerli sakinlər həmyerlilərimizin sevincini bölüşüb, onları tarixi qələbə münasibəti ilə təbrik ediblər.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib