Brüssel hazırda İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin üçtərəfli görüşünün təşkili üçün Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda danışıqlar aparır. Hələlik konkret nəticə olmasa da, danışıqların gələn ay baş tutması mümkündür.
“İki sahil” xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni xidməti Avropa İttifaqındakı diplomatik mənbəyə istinadən xəbər yayıb.
Mənbənin bildirdiyinə görə, əsas müzakirə mövzusu Zəngəzur dəhlizidir. Azərbaycan tərəfi Ermənistanın ərazi bütövlüyü ilə bağlı heç bir iddia səsləndirməyib.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib