Ankarada Şuşa ilə bağlı tədbirlər keçiriləcək və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyət Təşkilatından (TÜRKSOY) bildirilib.
A.Kərimli noyabrın 13-də TÜRKSOY-un Ankaradakı Baş Qərargahında “Şuşa günləri” çərçivəsində təşkil olunan “Şuşa rəssamları” sərgisində iştirak edəcək.
Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?