Gələn ilin dövlət büdcəsi layihəsi ölkə həyatında müşahidə olunan müsbət meyilləri özündə əks etdirir. Həm gəlir, həm də xərclər ildən-ilə artırlıır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı danışarkən deyib.
Spiker bildirib ki, gələn ilin dövlət büdcəsində bu istiqamətdə nəzərdə tutulan göstəricilərin rekord məbləğdə olması ölkənin iqtisadi potensialının təzahürüdür: “Büdcə müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Gələn ilin büdcəsi sosialyönümlü olmaqla fərqlənir. Belə ki, gələn ilin bu sahədəki rəqəmləri cari illə müqayisədə 1 mld 35 mln manat çox olması nəzərdə tutulur”.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib