44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirmədi.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən bildirib.
Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmayıb, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi. Həmçinin Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi.
Prezident İlham Əliyev qeyd edib ki, artıq bu məsələlər keçmişdə qalıb.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib