Bakıda Şimali Kipr Respublikasının müstəqilliyinin 40-cı ildönümü qeyd olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə Şimali Kiprin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxış edib.
"Türk dünyasının heç bir ölkəsi işğalla, əsarətlə barışmayıb. Azərbaycan da, Şimali Kipr də belə ölkələrdəndir", - o deyib.
Xanım Turgener Azərbaycan xalqını və dövlətini ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib. O, Azərbaycan və Şimali Kipr Respublikası arasında doğma münasibətlərin olduğunu vurğulayıb.
O, çıxışında ökəsinin müstəqillik tarixindən və inkişafdan danışaraq deyib ki, Şimali Kipr Respublikası inkişaf edir.
Ufuk Turgener bildirib ki, onun ölkəsi hər zaman Türkiyənin dəstəyini hiss edir və bunu yüksək qiymətləndirir.
Şimali Kipr Prezidenti Ersin Tatarın oktyabr ayında Azərbaycana səfərini xatırladan Nümayəndəliyin rəhbəri iki ölkə arasında əməkdaşlığın şaxələnməsi üçün imkanların mövcudluğunu vurğulayıb.
Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da çıxış edib.
O deyib ki, Azərbaycan və Şimali Kipr Respublikası arasında geniş əlaqələr mövcuddur.
"Siyasi əlaqələrimiz də günü-gündən inkişaf edir. Azərbaycan Şimali Kipri dəstəkləyir. Ölkənin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv seçilməsi tarixi hadisədir və bu, hamımızı qürurlandırır", -deyə S.Seyidov qeyd edib.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib