Müğənni Elvin Mirzəzadə həyat yoldaşından boşanıb.
“İki sahil” xəbər verir ki, ifaçı bu barədə öz sosial şəbəkəsində paylaşım edib.
O, paylaşımında keçmiş həyat yoldaşına hörmətinin sonsuz olduğunu bildirib: “Əziz dostlar, üzülərək və təəssüf hissi ilə demək istəyirəm ki, ailə həyatımı bu gün rəsmi şəkildə sonlandırdım. Düzdür, əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil. Sadəcə, qismət...
Keçmiş həyat yoldaşıma sayğım, hörmətim olduğu kimi qalır. İstəməzdim, belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm. Bu barədə artıq heç nə danışmaq istəmirəm. Yenə də “xeyirlisi” deyib, həyatıma yalnız davam edirəm.
Allah hamınızı xoşbəxt eləsin!”
Qeyd edək ki, E.Mirzəzadə Aysel adlı xanımla 2022-ci ildə evlənib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?