Müdafiə Sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Dubai Airshow-2023” 18-ci aviasiya sərgisində iştirak edir.
Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, M.Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl Bovardi ilə görüşü baş tutub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Daha sonra M.Quliyev İtaliya Respublikasının “Leonardo” və BƏƏ-nin EDGE şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlər zamanı hər iki şirkətin istehsal etdiyi aviasiya vasitələri haqqında geniş məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib