Yenə Fransa, yenə Ermənistan yenə də sözdə bir əməldə tam başqa, ikiüzlü və anti-sülh siyasəti. Özünü sülhün tərəfdarı kimi göstərən, dünyaya haqq-ədalət dərsi keçən Fransa Ermənistanı silahlandırmaqda davam edir. Başqa sözlə desək böyük bacı, kiçik bacıya öz dəstəyini əsirgəməməyə çalışır. Əslində isə bu dəstək kiçik bacını uçuruma aparır.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Makron höküməti regionda sülhün bərqarar olmasına müxtəlif cəhdlərlə mane olmağa çalışır: "Sual olunur münaqişənin bitdiyi bir zamanda nə üçün Fransa Ermənistana silah göndərir? Əlbətdə cavab çox aydın və sadədir: Makron höküməti regionda sülhün bərqarar olmasına müxtəlif cəhdlərlə mane olmağa çalışır."
Deputat qeyd edib ki, ümumiyyətlə, son dövrlər Fransanın ölkəmizə qarşı riyakar və iküzlü siyasəti daha da genişlənməkdədir. Əlbətdə bütün bunlar uğurlarımıza olan qısqanclıqdan, paxıllıqdan irəli gəlir. Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan üzərində parlaq qələbə qazanması, uğurlu lokal xarakterli anti-terror əməliyyatları həyata keçirməsi, ölkəmizin dünya miqyasında nüfuzun artması və Fransanın sülh danışıqlarından kənarda qalması rəsmi Parisi xeyli narahat etməkdədir.
Hazırda Ermənistanın məğlub və böhran vəziyyətində olmasının əsas səbəbkarlarından biri də məhz Fransadır. Eyni zamanda, nə İkinci Qarabağ müharibəsi, nə də lokal antiterror əməliyyatları zamanı Fransa Ermənistana kömək edə bilmədi. Bütün bu faktları nəzərə alaraq Ermənistan hakimiyyəti vəziyyəti düzgün dəyərləndirməli və Fransanın oyunlarına alət olmamalıdır.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib