“Azərbaycan dünyada minasızlaşdırma strategiyasının qəbul olunmasını təklif edir”.
“İki sahil” xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov noyabrın 15-də Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 300-dən çox mülki şəxs həyatını itirib.
Baş nazirin müavinin vurğulayıb ki, Azərbaycan mina təhlükəsi ilə daha çox üz-üzə qalan ölkələrdən biridir: “Biz təklif edirik ki, dünyada minasızlaşdırma ilə bağlı strategiya müəyyən edilsin. Ümid edirəm ki, Azərbaycanın bu təklifi müsbət qarşılanacaq və dünyanın minasızlaşması istiqamətində addımlar atılacaq”.
Ə.Əhmədov azad edilmiş ərazilərin bərpasına milyardlarla vəsait lazım olduğunu deyib: “Azərbaycan 3 il öncə öz torpaqlarını işğaldan azad etdi və məlum oldu ki, keçmiş məcburi köçkünlərin ora qayıtması üçün heç bir şərait yoxdur. Azad olunmuş ərazilərinə bərpası üçün isə milyarılarla vəsait lazımdır. Təbii ki, həmin ərazilərin bərpasına uzun zaman və böyük məbləğdə vəsait sərf ediləcək”.
Baş nazirin müavini həmçinin əlavə edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində maraqlıdır.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib