Türkiyənin Kahramanmaraş vilayətində yeni salınacaq yaşayış massivinə Azərbaycanla bağlı adın verilməsi təklif olunur.
“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Musa Qasımlı parlamentdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edib.
O xatırladıb ki, Azərbaycan işğalda olan torpaqlarını azad etdi, bu gün də təkbaşına, öz maliyyəsi hesabına ərazilərini dirçəldir: "Belə şəraitdə Azərbaycanın qardaş ölkəyə yardım etməsi, orada şəhər tikməsi sadə məsələ deyil. Bu, gələcək nəsillər üçün də çox əhəmiyyətlidir. Təbii ki, həmin şəhərə ad verilməsi qardaş ölkənin daxili işidir. Lakin yeni salınacaq massivə Azərbaycanla bağlı adın verilməsi gələcək nəsillər üçün böyük tarixi əhəmiyyat daşıyar”.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib