15 noyabr 2023 17:13
716

SOCAR-da talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisinin inzibati binasında növbəti qanvermə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara köməklik göstərmək məqsədilə könüllü olaraq  “Qan ver, həyat xilas et!” devizi altında keçirilən xeyirxah aksiyada hər il olduğu kimi bu il də SOCAR əməkdaşları fəallıq göstəriblər. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutunun tibb personalının iştirakı ilə həyata keçirilən aksiyada “SOCAR Tower” də çalışan  əməkdaşlar qan veriblər.

SOCAR-ın bütün idarə və müəssisələrində təşkil olunacaq aksiya 2024-cü ilin 30 aprel tarixinə qədər davam edəcək.

Qeyd edək ki, SOCAR "Talassemiyasız həyat naminə" proqramına 2009-cu ildən qoşulub və aksiyalarda ümumilikdə 41 min nəfərə yaxın SOCAR əməkdaşları iştirak ediblər.