Azərbaycan və Ermənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində keçirilən dinləmədə deyib.
“Rusiyanın və İranın regionun təhlükəsizliyinin əsas iştirakçıları olduğu Rusiya və İran oxu ətrafındakı gələcək düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan hökuməti üçün qeyri-stabil və arzuedilməzdir. Onların ( Bakı və İrəvanın) indi fərqli qərar vermək fürsəti var. Mən qarşıdakı həftələrdə bizim daha ali səviyyəli iştirakımızı gözləyirəm”, - deyə o bildirib.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib