16 noyabr 2023 11:50
263

İsrail HƏMAS rəhbərinin evini bombalayıb

İsrail Müdafiə Ordusuna məxsus qırıcılar HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzza zolağındakı evinə zərbələr endirib.

"İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail HƏMAS-ın yüksək səviyyəli rəsmilərinin görüş yeri kimi istifadə etdikləri evi bombalayıb.