21 aprel 2026 00:51
114

Rumıniyada ev dustağı olan Aleksandr Balan Moldovaya ekstradisiya olunacaq

Rumıniyanın Buxarest məhkəməsi aprelin 20-də Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini Aleksandr Balan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib.

“İki sahil” xəbər verir ki, bu rəsmi Kişinyovun şikayəti əsasında baş tutub və A. Balan Moldovaya ekstradisiya olunacaq.

A. Balan vəzifədə olduğu müddətdə Moldovaya aid dövlət sirrinin Belarusa ötürməkdə ittiham olunur.

Qeyd edək ki, aprelin 15-də Kişinyovun Buyukani sektor məhkəməsi dövlət sirrinin yayılması işi üzrə Balanı qiyabi olaraq bir il altı ay müddətinə azadlıqdan məhrum edib. Həbs qərarı çıxana qədər Balan ev dustağı idi.