Zəngəzur dəhlizinin region üçün yeni imkanlar yaradacağı güman edilir.
“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
"Bu region füsunkar gözəlliyə malikdir, eyni zamanda mühüm nəqliyyat marşrutlarından biridir. Azərbaycan qlobal logistika-nəqliyyat sahəsində əsas oyunçulardan biridir, Avropa ilə Asiyanı birləşdirir və bunlar iqtisadi artım üçün imkan yaradır. Nəqliyyat məsələləri türk dövlətləri üçün pioritet məsələlərdəndir. Bu, sənədlərdə də öz əksini tapıb. Bu tədbirdə də nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, çətinliklərin aradan qaldırılması əsas hədəf götürülüb. Bizim əsas məqsədimiz Orta Dəhlizin inkişaf etdirilməsidir", - deyə o qeyd edib.
"Bizim strategiyamız ən qısa müddətdə Orta Dəhlizi təhlükəsiz nəqliyyat dəhlizinə çevirməkdir. Bundan başqa biz regionumuzu nəqliyyat habına çevirməyi nəzərdə tuturuq. Zəngəzur dəhlizi də sosial-iqtisadi, geosiyasi faydalar təmin edəcək”,- deyə Baş katib əlavə edib.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib