"15 il müddətində həmkarlar təşkilatlarına ayrılan vəsaitdə artım olmayıb. Yalnız son iki ildə dövlət büdcəsindən vəsait artımı olub. Lakin qiymət artımları bizim zərərlə işləməyimizə gətirib çıxarır".
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, əvvəl ümumi vəsaitdən 35 min qalıq qalırdısa, indi cəmi 12 min qalıq qalır.
“Sanotoriyaların sayı artır. Həmkarlar təşkilatının büdcəsindən 200 minə yaxın adamı əlavə göndəririk. Aztəmantlı ailələrdən 60 mindən artıq insana ərzaq yardımı göstərmişik. 400 şəhid uşağını 18 yaşına çatana qədər himayəyə götürmüşük. Odur ki, bu kimi məsələlərə baxılmasını təklif edirəm”, - deputat əlavə edib.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib