"Əlillik təyinatı almayan, ancaq qazi olan vətəndaşlarımızın dərman və digər təminatlarında müəyyən problemlər qeydə alınır. YAŞAT Fondu bu istiqamətdə yardımlar etsə də, məsələ ümumilikdə həllini tapsa, yaxşı olar".
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
O həmçinin VÖEN-i olmasına baxmayaraq heç bir yerdə işləməyən şəxslərin sayının da kifayət qədər çox olduğunu bildirib: "Həmin şəxslərin ümumi sayı ilə bağlı yekun rəqəmlər səsləndirilməlidir. Eyni zamanda internat evlərindən çıxan qızların işlə təminatında ciddi addımlar atılmalıdır. Oğlanlar bir çox işdə çalışsalar da, ancaq qızlar çətinliklərlə üzləşir. Ona görə də məsələyə ciddi yanaşılmalıdır”.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib