Bakıda noyabr ayının 20-dən 24-dək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqram (SPECA) Günləri keçiriləcək.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycanın Proqramda sədrliyi çərçivəsində baş tutacaq.
SPECA Günləri çərçivəsində noyabrın 21-22-də Bakıda “SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi” adlı iqtisadi forum keçiriləcək.
Tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub.
Forumun ekspertlər səviyyəsində müşavirə kimi keçirilməsi planlaşdırılır. Buraya SPECA regionunda ticarət, rəqəmsallaşma, enerji və tranzitlə bağlı məsələlər üzrə panel müzakirələri və s. daxildir. Onun yekun sessiyasında akademik və tədqiqat institutlarının nümayəndələri növbəti 25 il ərzində iqtisadi əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi üçün SPECA-nın strateji baxışını müzakirə edəcəklər.
Qeyd edək ki, hazırda SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib