Bu il noyabrın 27-28-də Aşqabadda Azərbaycan-Türkmənistan biznes forumu və Hökumətlərarası Komissiyanın yeddinci iclası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, konfransda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının istehsalı, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika sahəsində, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcək.
B.Atdayev əlavə edib ki, biznes forumda Türkmənistanın işgüzar dairələrinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında bir sıra ikitərəfli danışıqlar aparılacaq, əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq. Bununla yanaşı, müvafiq sənədlərin imzalanması gözlənilir.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib