Bakıda "Global Woman Summit" konfransı işə başlayıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı keçirdiyi mətbuat konfransında təşkilatçılardan biri Vüqar Səfərli məlumat verib.
O qeyd edib ki, tədbirin keçirilməsində məqsəd qadınları biznesdə uğur qazanmağa həvəsləndirməkdir.
"Uğurlu qadınların nailiyyətləri ruhlandırmalıdır. Tədbirimizin məqsədi də budur", - o vurğulayıb.
Qeyd edək ki, tədbirdə 30 ölkədən 60-dan çox nümayəndə iştirak edir.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək