20 noyabr 2023 08:59
425

Alimlər: Hər gün çoxlu fincan qəhvə içmək beyin fəaliyyətini yaxşılaşdırır

Elmi tədqiqatlar göstərir ki, hər gün çoxlu fincan qəhvə içmək beyin fəaliyyətini yaxşılaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Mindbodygreen” nəşri yazıb.

Alimlər beynin fəaliyyətini yaxşılaşması üçün gündəlik qəhvə fincanlarının sayını açıqlayıblar. Qeyd edilir ki, normal miqdarda qəhvə insan üçün faydalıdır. Ehtiyac olduqda əhvalınızı yüksəltməklə yanaşı, hər hansı səbəblərdən baş verə biləcək ölüm hallarını azalda bilər və daha uzun yaşamağa, iltihabı azaltmağa, diabet riskini azaltmağa kömək edə bilər.

Araşdırma zamanı 45-74 yaş arası 2 mindən çox insanın beyni araşdırılıb. Mütəmadi olaraq qəhvə içdiklərini söyləyən dörd qrup insan müqayisə edilib:

Gündə 1 fincandan az qəhvə; gündəlik 1-2 fincan qəhvə; hər gün 3-4 fincan qəhvə və gündəlik 5-6 fincan qəhvə.

Tədqiqat gündə üç-dörd fincan qəhvə içən insanların ən güclü beyin quruluşuna sahib olduqlarını müəyyən edib.

Bu nəticələr qəhvənin beyin və ümumi sağlamlıq üçün faydalı olduğu fikrini dəstəkləyən çox sayda dəlili tamamlayır.

Qəhvənin potensial olaraq parkinson və alsqeymer xəstəliyinə tutulma riskini azaltdığı sübuta yetirilib. Bundan əlavə, qəhvənin sağlamlığa təsirinin meta-analizi kofenin ürək-damar xəstəlikləri, xərçəng, nevroloji, metabolik və qaraciyər xəstəlikləri hallarını azaltdığını sübut edib.