Azərbaycana bu cür əhəmiyyətli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib
“Gender bərabərliyi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm addımdır. Biz hazırda olduqca transformativ mərhələdəyik. Bu konfrans gələcək baxımından qadınlar üçün yeni fürsət olacaq”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib
Milli Məclis Zəfər Gününün 5-ci ildönümü ilə bağlı beynəlxalq parlament təşkilatlarına bəyanat göndərib