"Azərbaycan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox ölkələrə nümunədir".
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatı Prezidentin təşəbbüsü ilə istər parlamentlərarası məsələlərdə, istərsə də qadınlarla bağlı mövzularda önəmli yanaşma ortaya qoyur: "Bunlar göstərir ki, Azərbaycan bu təşkilata çox yaxşı liderlik edir. Bu gün dünyada ən vacib problemlərdən biri qadınların, uşaqlarının hüquqlarının müdafiəsidir. Belə bir tədbirin keçirilməsi imkan yaradır ki, gələcək üçün bir çox istiqamətlərdə vahid sistem yaransın, məlumatların toplanması istiqamətində önəmli işlər görülsün. Azərbaycan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox ölkələrə nümunədir, çünki bizdə bunu qanun dəstəkləyir. Ona görə də bu toplantının əhəmiyyəti böyükdür, gələcək üçün töhfəsi var, burada vacib sənədlər qəbul olunacaq".
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib