"Dünyada üç qadından biri zorakılıqla üzləşir. Onların 58 faizi isə həyat yoldaşları tərəfindən öldürülür".
“İki sahil” xəbər verir ki, bunu Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadınların hüquqları pozulur, hətta bəzi ölkələrdə onlar öz adlarına bank hesabı belə aça bilmir: "Burada 120 ölkə təmsil olunur. Qadınların hüquqlarının qorunması vacibdir. Biz xanım nazirlər olaraq anlamalıyıq ki, hələ məqsədimizə çatmaqdan çox uzağıq, bir çox baryerlər mövcuddur, bəzi ölkələrdə qadınlara qarşı ayrı-seçkiliyə yolverilmə halları, qadın sünnəti, erkən yaşda nikaha cəlb edilmə halları var".
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib