"İŞİD-lə müharibədə dövründə qadınlara qarşı zorakılığın ən dəhşətlisini görmüşük".
“İki sahil” xəbər verir ki, bunu İraq Baş nazirinin qadın məsələləri üzrə müşaviri Ala Tahsin Habib Talabani noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İraq qadınları iqtisadi və ictimai məsələlərdə önəmli rol oynayır: "Ölkə parlamentinin 1/3-ni qadınlar təşkil edir. Bizim üçün qadınların hüquqları və qadınların səlahiyyətləndirilməsi önəmli məsələlərdir. Qadınlara qarşı zorakılığın aradan qaldırılması prioritetdir. Bu məsələ ilə bağlı 75-dən çox dövlət sənədi qəbul edilib. 2021-ci ildən etibarən hökumət qadınların səlahiyyətləndirilməsinə daha çox diqqət ayırıb. Biz İŞİD-lə müharibədə qadınlara qarşı zorakılığın ən dəhşətlisini görmüşük. İraqda Miqrasiya İdarəsi, Rabitə və Texnologiya Nazirliyi qadın idarəçilərə həvalə olunub. Ümumiyyətlə, əksər nazirliklərdə, İraqda mövcud olan bütün dövlət strukturlarında qadınların iştirakı təmin olunur. Qadınların dəstəklənməsi ilə bağlı yaxın gələcəkdə tədbir keçiriləcək. İraqda Müdafiə və Daxili İşlər nazirliklərində də işçilərin 10 faizini qadınlar təşkil edir".
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib