Zəngəzur dəhlizi istiqamətində gömrük xidmətlərinin fəaliyyətini təkmilləşdirmək üçün Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi işləri aparılır.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.
"Daha sonra isə tikinti işlərinə başlanacaq", - Ş. Bağırov əlavə edib.
O bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və inkişafı istiqamətində Azərbaycan dövləti tərəfindən mütəmadi işlər görülür. "Gömrük xidməti olaraq proseslərin içərisindəyik. Zəngəzur dəhlizi istiqamətində də işlər gedir. Keçid məntəqələrinin inkişafı üzrə işlər aparılır. Yeni layihələndirmə işləri görülür və növbəti mərhələdə tikinti işlərinə başlanacaq".
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb