"Bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qız uşaqlarının erkən yaşda ərə verilməsi, onların dövlət idarəçiliyində məhdud təmsilçiliyi, iqtisadi imkanlarının aşağı olması və s. kimi problemlər var".
“İki sahil” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfrans çərçivəsində baş tutan əlavə paneldə bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 161 təşkilat var və onlar birbaşa qadınlarla bağlı məsələlərlə məşğul olurlar: "Bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qız uşaqlarının erkən yaşda ərə verilməsi, onların dövlət idarəçiliyində məhdud təmsilçiliyi, iqtisadi imkanlarının aşağı olması və s. kimi problemlər var. Bu gün Azərbaycanda gender bərabərliyi istiqamətində tam qanunvericilik formalaşıb. Bu, heç də asan olmayıb, hərəkat olaraq inkişaf edib və dövlətin də diqqəti nəticəsində qanunvericilik bazası formalaşıb. Artıq bu il milli fəaliyyət planına yekun vuracağıq, gələcəkdə yeni bir fəaliyyət planının qəbul edilməsi müzakirə olunacaq, çünki bütün problemlər tam həll olunmayıb. Hələ də bizim selektiv abort kimi problemimiz var".
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib