Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı iki ölkə arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.
Sənədin imzalanması mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə noyabrın 20-də iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib