"Bu gün Türkiyədə qadınlara qarşı zorakılığın qarşısını almaq üçün 7/24 saat fəaliyyət göstərən proqramlar tətbiq edirik".
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Qadın Hüquqları Federasiyasının prezidenti Canay Güllü noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfrans çərçivəsində baş tutan əlavə paneldə bildirib.
Onun sözlərinə görə, 1923-cü ildən bu günədək Türkiyənin bütün sahələrində qadınların xüsusi rolu olub: "Biz 37 ildir Türkiyədə qadın hüquqlarını müdadifə edirik. Qadın hərəkatları Türkiyədə bir çox uğurlara imza atıb. Qadın hüquqlarını müdafiə edən və cins fərqi qoymayan təşkilatlar mütləq dövlət təşkilatları ilə paralel və birlikdə işləməlidirlər. Bizim üçün önəmli olan qadın hərəkatları ilə dövlət qurumlarının dialoqunu təşkil etməkdir. Biz dövlət qurumları və bələdiyyələrin rəhbərliyində qadınların təmsil olunmasını istəyirik. Bununla bağlı analizlər aparırıq. Baş verən zorakılıqların qarşısını almaq üçün planlar hazırlayırıq".
Vüqar Rəhimzadə: Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının yeni mərhələsi və ŞƏT çərçivəsində yaranan geosiyasi imkanlar təhlil olunub
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib - FOTO
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir