21 noyabr 2023 00:58
441

Koronavirusdan canımız qurtardımı?

Elm adamları getdikcə daha çox razılaşırlar ki, koronavirus infeksiyası bədəni tamamilə tərk etmir, onun daxilində qalır və zərər verməyə davam edir. Bu barədə cümə günü “Rospotrebnadzor”un rəhbəri rusiyalı mütəxəssis Anna Popova məlumat verib.

"Elm adamları hələ də bu mövzuda mübahisə edirdilər, lakin nəhayət onlar əsasən, virusun bədəndən çıxmaması ilə bağlı razılığa gəliblər. O, orada yaşaya və zərər verə bilər", - deyə mütəxəssis bildirib.

Popovanın sözlərinə görə, COVID-19 sinir toxumasına və damar divarlarına təsir göstərir və bunu "məharətlə" edir ki, bu da onu digər viruslardan fərqləndirir.

"Virusun immunitet sisteminə də çox mənfi təsir etdiyini görürük. İnsanlar yüngül şəkildə xəstə olanda belə, bu təsir hələ də qalır", -deyə Popova bildirib.

Nubar Süleymanova, “İki sahil”